Baydenin oğlu ABŞ-də narkotik reabilitasiya mərkəzində iş tapıb – KİV


Cənubi Kaliforniyadakı narkotik reabilitasiya mərkəzi keçmiş ABŞ Prezidenti Co Baydenin oğlu Hanteri işçi kimi işə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Newsmax” telekanalı məlumat yayıb.
Bildirilib ki, Hanter Bayden mərkəzin xeyriyyə fondunun icraçı direktoru olmaqla yanaşı, həm də məsləhətçi vəzifələrini yerinə yetirir.
Xatırladaq ki, daha əvvəl H. Bayden “X” sosial media səhifəsində 7 ildir narkotikdən uzaq olduğunu yazmışdı.
“The New York Post” qəzeti daha əvvəl Hanter Baydenin 20 milyon dollardan çox borcu olduğuna görə Kaliforniyada gizləndiyini bildirmişdi. Qəzetin məlumatına görə, onun Vaşinqton hüquq komandasına təxminən 17 milyon dollar, iş adamı və keçmiş partnyoru Kevin Morrisə 5 milyon dollar və adı açıqlanmayan incəsənət qalareyaçısına 1 milyon dollardan çox borcu var.

DİGƏR XƏBƏRLƏR

Top