Aİ-nin ən bahalı ölkəsi açıqlandı


2025-ci ildə Danimarkada mal və xidmətlərin qiymətləri Avropa İttifaqında (Aİ) ən yüksək olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Eurostat” portalı məlumat yayıb.
Məlumata görə, ümumilikdə, Danimarka Aİ-nin orta göstəricisinin 140 faizinə çatıb. İrlandiyada müvafiq göstərici 136 faiz, Lüksemburqda isə 132 faiz təşkil edib.
Ən aşağı göstəricilər Bolqarıstanda (63 faiz), Rumıniyada (65 faiz) və Polşada (73 faiz) müşahidə olunub.
Portalın məlumatına görə, ötən il ən əhəmiyyətli xərc maddəsi hesab edilən mənzil xərcləri İrlandiyada 190 faizə çatıb. Bu sahədə ən aşağı göstərici (41 faiz) Bolqarıstanda qeydə alınıb.
İkinci ən böyük xərc kateqoriyası qida və spirtsiz içkilər olub. Bunların ən bahalısı Lüksemburqda (122 faiz), ən ucuzu isə Rumıniyada (80 faiz) müşahidə olunub.
2026-cı ilin may ayında avrozonada illik inflyasiya səviyyəsi 3,2 faiz təşkil edib. 2025-ci ilin may ayında isə bu rəqəm 1,9 faiz olub.

DİGƏR XƏBƏRLƏR

Top