Azərbaycan təbii qazı Gürcüstana 118, Yunanıstana 443 dollara satıb – Siyahı


Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə ümumi dəyəri 2 milyard 535,8 milyon dollar olan 8 milyard 416,3 milyon kubmetr təbii qaz satıb.
Yeniavaz.com
xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 301,3 dollar olub.
Qeyd edək ki, Azərbaycan təbii qazı 8 ölkəyə satıb. Ən çox qaz Türkiyəyə satılıb. Bu ölkəyə 4 ay ərzində 4,22 milyard kibmetr təbii qaz ixrac olunub. Ən az qaz isə İrana ixrac olunub – 19 milyon kubmetr.
Onu da bildirək ki, İrana ixrac olunan qaz, İrandan Naxçıvana satılan təbii qazın əvəzinə verilir.
Məlumat üçün bildirək ki, bu ilin ilk 4 ayında Azərbaycan İrandan 1000 kubmetri 67,3 dollara 168 milyon kubmetr təbbi qaz alıb.
Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
Türkiyə – 3,22 milyard kubmetr (255,9 dollar);
İtaliya – 2,84 milyard kubmetr (403,5 dollar);
Gürcüstan – 1,12 milyard kubmetr (118,2 dollar);
Bolqarıstan – 456,1 milyon kubmetr (298,2 dollar);
Yunanıstan – 342,7 milyon kubmetr (442,7 dollar);
Suriya – 321,9 milyon kubmetr (334 dollar);
Serbiya – 106,5 milyon kubmetr (376,1 dollar);
İran – 19 milyon kubmetr (67,3 dollar).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top