
Türkiyənin “Fənərbağça” klubu yeni baş məşqçisini elan edib.
Yeniavaz.com xəbər verir ki, bir neçə gündür “Fənərbağça”nın yeni baş məşqçisi kimi Aykut Kocamanın adı hallansa da, İstanbul klubu İsmayıl Kartalı seçib.
İsmayıl Kartalla 2026-2027 mövsümü üçün bir illik müqavilə imzalanıb.
Bununla da, təcrübəli məşqçi dördüncü dəfə “Fənərbağça”nın sükanı arxasına keçib.
İsmayıl Kartalın müqaviləsini rəsmiləşdirmək üçün klubun ofisinə gəldiyi bidirilir.
Tətbiqimizi yükləyə bilərsiniz