
İspaniyanın “Real Madrid” klubu müdafiəçi İbrahima Konate ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oyunçu ilə müqavilə 30 iyun 2030-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, 27 yaşlı Konate 2021-ci ildən bəri “Liverpul”da çıxış edir. O, İngiltərə klubunda 183 oyun keçirib, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Fransız futbolçu komanda ilə İngiltərə Premyer Liqasını (2025), iki dəfə İngiltərə Liqa Kubokunu (2022, 2024), hər biri bir dəfə İngiltərə Kubokunu (2022) və Super Kubokunu (2022) qazanıb. Müdafiəçi həmçinin Almaniyada “Leypsiq” və Fransada “Soşo”da oynayıb.
Fransa milli komandası ilə Konate 2022-ci il Dünya Kubokunda gümüş, 2024-cü il Avropa Çempionatında isə bürünc medal qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz