
Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskvaya son iki ilin ən böyük dron hücumu olub və nəticədə bir çox obyektdə, o cümlədən “Sadovod” ticarət mərkəzində yanğın başlayıb.
Yeniavaz.com xəbər verir ki, Moskvanın ən böyük bazarlarından biri olan və 40 hektar ərazidə yerləşən “Sadovod” azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur.
Qeyd edək ki, faktı Moskva meri Sergey Sobyanin də təsdiqləyib. O, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.
Sosial şəbəkələrdə bazarda meydana gələn yanğının kadrları yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz