Kremldə püşkatma keçiriləcək

2018-ci ilin yayında Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatmasının dekabrın 1-də Kremlin qurultaylar sarayında keçirilməsi təklif edilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Vitali Mutko deyib. Onun sözlərinə görə, dekabrın 1-də futbol üzrə dünya çempionatının final mərhələsinin püşkataması keçiriləcək: “Biz püşkatmanın Kremlin qurultaylar sarayında keçirilməsini təklif etdik. Bu, FIFA-nı qane etdi və hazırda bu final püşkatmasını hazırlayırıq”. Xatırladaq ki, Rusiya ərazisində futbol üzrə ilk dünya çempionatı 2018-ci il 14 iyun-15 iyul tarixlərində keçiriləcək. Turnirin oyunları 11 şəhərin 12 stadionunda baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top