
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi olmuş Leonid Brejnevin nəticəsi Anton Milayev Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 45 yaşlı Milayev ötən payız Şimal-Şərq Hərbi Dairəsindən istehkamçı kimi müharibəyə gedib və noyabr ayından onun ailəsi və yaxınları ilə əlaqəsi kəsilib.
Anası İrina Kuznetsovanın sözlərinə görə, bir neçə ay sonra oğlunun Ukraynanın nəzarətində olan Xerson vilayəti ərazisində əsir saxlanıldığı barədə xəbər gəlib.
Qeyd edək ki, Anton Milayev Leonid Brejnevin qızı Qalina Brejnevanın nəvəsidir.
Xatırladaq ki, Leonid Brejnev Ukraynada anadan olub.
Tətbiqimizi yükləyə bilərsiniz