
ABŞ və İran iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində sazişin həyata keçirilməsi ilə bağlı ilkin danışıqlar aparacaqlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
“Mövcud plana əsasən, ABŞ və İran, eləcə də Pakistan, Qətər və digər iştirakçı ölkələrin vasitəçiləri sabah Bürgenştokda sazişin icrası ilə bağlı ilkin danışıqlar aparmaq üçün görüşəcəklər. Görüşün cədvəli və təfərrüatları barədə hələlik əlavə məlumat mövcud deyil”, - nazirlik qeyd edib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanmasına baxmayaraq, iyunun 19-da ABŞ və İran arasında anlaşma memorandumunun rəsmi imzalanma mərasiminin olacaq.
“NBC News” telekanalı mənbələrə istinadla xəbər verir ki, rəsmi mərasimdə iştirak etmək üçün ABŞ-nin vitse-prezidenti C.D. Vens İsveçrəyə səfər edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz