
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Sahibsiz Heyvanlara Qayğı Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Eurostar Group of Companies” MMC (VÖEN – 1806209931) olub.
Yeniavaz.com xəbər verir ki, İcra Hakimiyyəti tenderin qalibi olan şirkətdən 86 min 888 manat 88 qəpik dəyərində dəftərxana və təsərrüfat malları alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Eurostar Group of Campanies” MMC-nin qanuni təmsilçisi Yəhyayev Orxan Azər oğludur. Hüquqi ünvanı Sabunçu rayonu, Nardaran ŞTQ, Ləhiş bağları, ev 5103-də yerləşən MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Bu müsabiqədə diqqət çəkən məqamlardan biri tender müsabiqəsinin dəyərinin eyni rəqəmlərdən (“zerkalnı”) ibarət olmasıdır.
Məlumat üçün bildirək ki, daha əvvəl də bəzi dövlət qurumlarının keçirdiyi tender müsabiqələrdə belə məbləğlər qeydə alınıb. Məsələn, ötən ay Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəyəri 1 milyon 599 min 999 manat 99 qəpik olan tender müsabiqəsinin qalibi “Azsur Group” MMC (VÖEN – 1503949491) olub. Bundan başqa, Gənclər və İdman Nazirliyi “Flora Holland” MMC-dən 88 min 888 manat 88 qəpik dəyərində güllər və əklillər alıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz