Keyn Dünya Kubokunda penalti iIə ən çox qol vuran oyunçu oldu


İngiltərə millisinin hücumçusu Harri Keyn Dünya Kubokunda penalti ilə ən çox qol vuran oyunçu kimi rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, qrup mərhələsinin Xorvatiyaya qarşı ilk oyununda Keyn Dünya Kubokunda beşinci penaltisini dəqiq yerinə yetirib.
Bundan əvvəl o, bu göstəriciyə görə portuqaliyalı Eysebio, niderlandlı Rob Rensenbrink, argentinalı Qabriel Batistuta və yenə argentinalı Lionel Messi ilə birlikdə birinci yeri bölüşüb.
Digər tərəfdən, Harri Keyn Xorvatiya ilə oyunda iki qol vuraraq, İngiltərə millisinin Dünya Kubokunda vurulan ən çox qol rekorduna çatıb. Belə ki, bu rekord əvvəllər yalnız Qari Linekerə məxsus olub. Hücumçuların hazırda Dünya Kuboklarında hərəsinin 10 qolu var və hər biri bu turnirdə 12 oyun keçirib.
Qeyd edək ki, Keynin 32 yaşı var. O, əvvəllər İngiltərənin “Tottenhem” klubunda oynayıb. 2023-cü ilin avqust ayında isə o, Almaniyanın “Bavariya” klubuna keçib. Həmçinin, hücumçu 80 qolla İngiltərə millisinin bütün dövrlərin ən çox qol vuran oyunçusudur. O, həmçinin Rusiyada keçirilən Dünya Kubokunda ən çox qol vuran oyunçu olub - altı qol.

DİGƏR XƏBƏRLƏR

Top