
Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə, işğaldan azad edilən ərazilərə 36 min 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, işğaldan azad edilən ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 min 123 nəfər olub.
Qeyd edək ki, bu ilin əvvəlində işğaldan azad edilən ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin sayı 26 min 14 nəfər olub. Bu ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı isə 73 min 514 nəfər təşkil edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bu ilin ilk 5 ayında işğaldan azad edilən ərazilərə 10 min 478 keçmiş məcburi köçkün qayıdıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz