Moskvaya son iki ilin ən böyük dron hücumu edildi – Video


Moskvaya son iki ilin ən böyük dron hücumu olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi Moskva meri Sergey Sobyaninə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri son 24 saatda təxminən 180 pilotsuz uçuş aparatını (PUA) vurub.
Moskva meri indiyə qədər ən çox PUA-nın (81 PUA) mayın 17-də günün birinci yarısında vurulduğunu bildirib.
Ondan bir gün əvvəl, mayın 16-da isə Rusiya hava hücumundan müdafiə qüvvələri 38 PUA-nı zərərsizləşdirib.
Sobyaninin sözlərinə görə, Ukrayna son üç gündə şəhərdə yerləşən neft emalı zavoduna ikinci dəfə hücum edib. Hücum nəticəsində zavodda yanğın baş verib. Həmçinin, hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
PUA hücumundan sonra “Sadovod” ticarət mərkəzində də yanğın başlayıb.
Paytaxt meri hazırda təcili yardım xidmətlərinin dağıntı yerlərində işlədiklərini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top