Stalinin imzaladığı məxfi sənəd hərracda satıldı


Ümumittifaq Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsinin baş katibi İosif Stalinin imzaladığı məxfi sənəd ABŞ-də keçirilən hərracda 13 min 764 dollara satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RR Auction” hərrac evinin saytında məlumat dərc olunub.
Hərrac evi qeyd edir ki, sənəddə azad edilmiş Şərqi Avropa ölkələrinin üç paytaxtının - Tallinn, Riqa və Varşavanın müdafiəsindən bəhs olunur.
Həmçinin, lot təsvirində deyilir ki, sənədin yuxarı hissəsində İosif Stalinin mavi qələmlə imzası var.
Hərrac evinin məlumatına görə, sənəd yaxşı vəziyyətdədir, lakin yüngül çirk və kiçik ləkələr var.

DİGƏR XƏBƏRLƏR

Top