
Sasseks hersoqu və hersoginyası Şahzadə Harri və Meqan Markl iyul ayında yeddi yaşlı Arçi və beş yaşlı Lilibet adlı uşaqları ilə ABŞ-dən Birləşmiş Krallığa səyahət edəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat əldə edib.
Bu, Kral III Çarlzın kiçik oğlunun dörd ildən sonra ailəsi ilə ilk səfəri olacaq. Harri və Meqan Kaliforniyada yaşayırlar.
Kralın nəvələri ilə görüşüb-görüşməyəcəyi məlum deyil. III Çarlz Arçi və Lilibeti yalnız bir dəfə görüb: 2022-ci ildə Kraliça II Yelizavetanın tacqoyma mərasiminin 70-ci ildönümündə.
Şahzadə Harri əvvəllər uşaqlarını evə gətirmək və kral ailəsi ilə barışmaq istədiyini bildirib.
2020-ci ildə Şahzadə Harri kral vəzifələrindən istefa verib ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, Britaniya silahlı mühafizəsindən məhrum edilib.
Tətbiqimizi yükləyə bilərsiniz