“Qarabağ” Bruno Lanqanı da transfer etdi


2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” futbol klubu növbəti futbolçu keçidini gerçəkləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağdam təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, klub mozambikli müdafiəçi Bruno Lanqanı transfer edib:
“İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandamızda 5 nömrəli formanı geyinəcək. Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib. Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.
Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib”.
Qeyd edək ki, Bruno Lanqa yay transfer pəncərəsində komandanın dördüncü transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo və Samuel Lobato “Qarabağ”a qoşulub.
 

DİGƏR XƏBƏRLƏR

Top