
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Rusiya və Çinlə nüvə arsenallarının azaldılması barədə razılığa gəlmək istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Fransada keçirilən Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Tramp deyib ki, ABŞ ən böyük nüvə silahı arsenalına malikdir, Rusiya ikinci yerdədir və Çin aktiv şəkildə arsenalını artırır və beş il ərzində onlara bərabər ola bilər:
“Və biz nüvəsizləşdirmə sazişinə nail olmalıyıq - bu, tamamilə gözəl olardı. Bütün bunlara ehtiyacımız yoxdur; dünyanı 300 dəfə partlatmaq qabiliyyətinə ehtiyacımız yoxdur. Açığı, bu, sadəcə dəhşətlidir. Əgər nüvəsizləşdirmə sazişinə nail ola bilsəydik, çox sevinərdim. Və bu iki tərəfdən biri həqiqətən bunu istəyir. Sizə deyim ki, digər tərəf bunu o qədər də istəmir və sizin hər ikisinə ehtiyacınız var”.
Tətbiqimizi yükləyə bilərsiniz