“Trampın bal zalının dəyəri 600 milyon dollara yüksəlib” − WP


ABŞ administrasiyası tərəfindən tikilən Ağ Ev zalının dəyəri iddialı layihənin ötən il elan edilməsindən bəri üç dəfə artaraq təxminən 600 milyon dollara çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” (WP) podratçının layihə sənədlərinə istinadən məlumat yayıb.
Nəşrin xatırladığı kimi, ABŞ Prezidenti Donald Tramp əvvəllər iddia etmişdi ki, onun çoxdankı arzusu olan layihəyə bir qəpik də olsun dövlət vəsaiti xərclənməyəcək. O, iddia edirdi ki, hər şey “Amazon”, “Apple” , “Booz Allen Hamilton” və “Caterpillar” kimi korporativ sponsorlar tərəfindən maliyyələşdiriləcək. Lakin sənədlərə görə, 307 milyon dolların federal mənbələrdən gələcəyi gözlənilir.
Məlumata görə, “Clark Construction” tərəfindən Ağ Evə təqdim edilən çoxsaylı layihə sənədlərində “daxili xərc smetaları administrasiya rəsmilərinin ictimai açıqlamalarında və ya məhkəmə sənədlərində etiraf etdiklərindən xeyli yüksək olub” deyilir. Onlar həmçinin qeyd edirlər ki, layihənin elan edildiyi andan etibarən işin “əsasən vergi ödəyicilərinin vəsaitləri hesabına maliyyələşdiriləcəyi” güman edilirdi.
Administrasiya hələlik xərclərin həddindən artıq çoxalması və ya vergi ödəyicilərinin vəsaitlərindən istifadə ilə bağlı məlumatlara cavab verməyib. “Clark Construction” şirkəti də şərh verməkdən imtina edərək, maraqlananlara suallarını Ağ Evə ünvanlamağı məsləhət görüb.

DİGƏR XƏBƏRLƏR

Top