Ermənistan MSK Köçəryana qarşı cinayət təqibinə icazə verdi


Ermənistanın Mərkəzi Seçki Komissiyası ikinci prezident Robert Köçəryana qarşı cinayət təqibinə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vəkil Aram Orbelyan komissiyanın iclasından sonra jurnalistlərə bildirib.
Bundan əvvəl Baş Prokurorluq Mərkəzi Seçki Komissiyasına Köçəryanın, eləcə də deputatlar Asatur Köçəryanın və Ruslan Barseqyanın cinayət təqibinə icazə verilməsi üçün müraciət edib.
“Komissiya cinayət təqibinə icazə verib”, - Orbelyan deyib.
O, ittihamların vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlı olduğunu xatırladıb.
“Materiallarda təqdim olunan məlumatların yalan olduğunu sübut etdik...”, - vəkil əlavə edib. 
Onun sözlərinə görə, işdə mübahisəli olan “Master Class” tennis klubunun satışı Köçəryanın üzvü olmadığı hökumət qərarı ilə həyata keçirilib. O dövrdə Konstitusiya hökumət qərarlarının prezidentin təsdiqini tələb edirdi. Orbelyan qeyd edib ki, Köçəryanın oğlu (Sedrak Köçəryan) sonradan sahiblərinin şirkətlərindən birinə investisiya qoyub:
“Lakin, keçmiş prezidentin klubu ucuz qiymətə satmasına kömək etdiyi iddiası əsassızdır”.

DİGƏR XƏBƏRLƏR

Top