Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi


Xalq artisti Flora Kərimova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat dərc edib.
“Hörmətli Mehriban xanım, səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamağınız məni son dərəcə duyğulandırdı. Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.
Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə böyük sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram”, - Xalq artisti bildirib.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top