“Qarabağ”ın növbəti mərhələlərdəki rəqibləri bəlli oldu


Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, Ağdam təmsilçisi bu mərhələdə ÇSKA (Sofiya) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə mübarizə aparacaq.
Təmsilçimiz Avropa Liqasının ilk təsnifat mərhələsində uduzarsa, Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR

Top