İlon Maskın sərvəti 180-dən çox ölkənin dövlət büdcəsindən böyükdür


“Forbes” jurnalının məlumatına görə, amerikalı sahibkar İlon Maskın sərvəti 1,4 trilyon dollar həddini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu göstərici onu təkcə dünyanın ən varlı şəxsi deyil, həm də maliyyə imkanları baxımından bir çox dövlətlə müqayisə oluna biləcək səviyyəyə yüksəldib.
Müqayisələr göstərir ki, Maskın sərvəti dünyanın təxminən 180-dən çox ölkəsinin illik dövlət büdcəsindən böyükdür. Onun sərvəti onlarla ölkənin büdcəsini dəfələrlə üstələyir.
Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində qiymətləndirilir. Bu isə o deməkdir ki, İlon Maskın sərvəti Azərbaycanın illik dövlət büdcəsindən təxminən 56 dəfə çoxdur. Qonşu ölkələrdən Gürcüstanın dövlət büdcəsi ilə müqayisədə bu fərq 140, Ermənistanın büdcəsi ilə müqayisədə isə 170 dəfədən çoxdur.
Hazırda dünyada yalnız bir neçə iri iqtisadiyyatın – ABŞ, Çin, Yaponiya, Almaniya, Fransa kimi bəzi böyük dövlətlərin büdcə xərcləri 1 trilyon dollar həddini aşır.
Onu da qeyd edək ki, bu vəsait əsasən nağd pul şəklində deyil. Sərvətin böyük hissəsi İlon Maskın rəhbərlik etdiyi və ya pay sahibi olduğu şirkətlərin, xüsusilə “SpaceX” və “Tesla”nın bazar dəyərinə əsasən hesablanır. Buna baxmayaraq, 1,4 trilyon dollarlıq göstərici müasir iqtisadi tarixdə misli görünməmiş sərvət konsentrasiyalarından biri hesab olunur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top