Xaricdən 10 manata gətirilən təbii bal marketlərdə 39 manata satılır


Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 33,75 ton təbii bal idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan təbii balın ümumi gömrük dəyəri 202,66 min dollar olub.
Beləliklə, idxal edilən təbii balın 1 kiloqramının orta gömrük dəyəri 6 dollar (10,2 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, bu dövrdə təbii bal ən aşağı qiymətə Ukrayna və Rusiyadan, ən baha qiymətə isə Böyük Britaniyadan idxal edilib. Ukrayna və Rusiyadan gətirilən təbii balın 1 kiloqramının orta gömrük dəyəri 5 dollar (8,5 manat), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından gətirilən təbii balın 1 kiloqramının orta gömrük dəyəri isə 31 dollar (52,7 manat) olub.
Qeyd edək ki, idxal olunan təbii bal Azərbaycana bu ölkələrdən gətirilib:
Ukrayna – 20,35 ton (1 kiloqramının orta gömrük dəyəri 8,5 manat);
Rusiya – 5,96 ton (8,5 manat);
Türkiyə – 3,01 ton (20 manat);
Belarus – 2,52 ton (11,8 manat);
Danimarka – 1,3 ton (8,8 manat);
Almaniya – 0,28 ton (25,57 manat);
İtaliya – 0,17 ton (24 manat);
Böyük Britaniya – 0,16 ton (52,7 manat).


Onu da bildirək ki, idxal olunan təbii balın Azərbaycanda pərakəndə satış qiyməti bu ilin aprel ayında  38,6 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan təbii bal marketlərdə gömrük dəyərindən 3,8 dəfə baha satılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top