“Real” Bernardo Silvanın transferini elan etdi – Rəsmi


Portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva İspaniyanın “Real Madrid” klubuna keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oyunçu ilə müqavilə 30 iyun 2028-ci ilə qədər qüvvədə olacaq.
Qeyd edək ki, bundan əvvəl onun “Real Madrid”də illik maaşının 20 milyon avro olacağı bildirilirdi. Onun həmçinin 10 milyon avroluq transfer bonusu alacağı, agenti Xorxe Mendeşə və atasına isə əlavə 10 milyon avro komissiya veriləcəyi qeyd edilirdi.
Xatırladaq ki, 31 yaşlı Silva 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə keçib. Ötən mövsüm yarımmüdafiəçi “Mançester Siti”də bütün turnirlərdə 53 oyun keçirib, üç qol vurub və beş məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top