
Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Lyayen 2029-cu ildə üçüncü müddətə AK prezidentliyinə namizəd olmaq niyyətində deyil.
Yeniavaz.com “Politico” qəzetinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası Prezidentinin aparatının rəhbəri Byorn Seybert yüksəkvəzifəli məmurlar üçün keçirilən tədbirdə bildirib.
Nəşrin yazdığına görə, bu açıqlama AK-da planlaşdırılan struktur dəyişikliklərinin Ursula Fon der Lyayenin səlahiyyətlərini daha da artıracağı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün verilib.
Nəşr qeyd edir ki, Avropa İttifaqının (Aİ) qaydaları AK prezidentinin vəzifədə qalmaq müddətini məhdudlaşdırmır, lakin Fon der Lyayenin növbəti seçkilərə qədər 70 yaşı tamam olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz