Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub


Bu ilin may ayında fiziki şəxslər tərəfindən Gürcüstandan Azərbaycana 7,2 milyon dollar köçürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub.
Qeyd olunur ki, 2026-cı ilin may ayında ölkədən xaricə göndərilən pul köçürmələrinin həcmi 36,9 milyon dollar təşkil edib. Bu göstərici aprel ayı ilə müqayisədə 5 faiz çoxdur.
Azərbaycandan sonra ən çox pul Türkiyəyə köçürülüb – 5,4 milyon dollar.
Gürcüstandan ən çox pul köçürülən ilk 10 ölkə aşağıdakı kimi olub:
Azərbaycan – 7,2 milyon dollar;
Türkiyə – 5,4 milyon dollar;
Rusiya – 4,4 milyon dollar;
Yunanıstan – 2,17 milyon dollar;
Ukrayna – 2,16 milyon dollar;
Özbəkistan – 1,8 milyon dollar;
Qazaxıstan – 1,5 milyon dollar;
İtaliya – 1,4 milyon dollar;
Almaniya – 1 milyon dollar;
ABŞ – 958 min dollar.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top