Kurasao Ginnesin Rekordlar Kitabına düşdü


Kurasao millisi 2026-cı il futbol üzrə Dünya Kubokuna vəsiqə qazanan ən az əhaliyə malik ölkə kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabı “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Təşkilatın nümayəndələri sertifikatı Kurasao Futbol Federasiyasının prezidenti Gilbert Martinaya təqdim ediblər.
Məlumata görə, Karib dənizində yerləşən bu ölkənin əhalisi 156 min 115 nəfərdir ki, bu da indiyə qədər Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanmış bütün ölkələr arasında ən aşağı göstəricidir.
Kurasao millisi tarixində ilk dəfə Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanıb. Komanda Almaniya, Ekvador və Kot-d'İvuar milliləri ilə birlikdə E qrupunda yer alıb. İlk turda Kurasao Almaniyaya 1:7 hesabı ilə məğlub olub. Onların növbəti oyunu iyunun 21-də Ekvadora qarşı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top