Yuxu öyrənmə qabiliyyətini gücləndirir


Tədqiqatçılar yuxunun insan beynində dil öyrənmə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini müəyyən ediblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Araşdırmaya əsasən, tələbələr gün ərzində öyrəndikləri sözlərin bir qismini unutsalar da, bir gecəlik yuxudan sonra həmin məlumatları daha yaxşı xatırlamağa başlayıblar.
Tədqiqat çərçivəsində kollec tələbələrinə qavranılması çətin sözlər öyrədilib. Daha sonra onların sözləri tanıma qabiliyyəti müxtəlif vaxt intervallarında yoxlanılıb.
Nəticələr göstərib ki, təlimdən bir saat sonra test edilən tələbələr sözlərin 54 faizini düzgün tanıyıblar. Lakin 12 saat oyaq qaldıqdan sonra bu göstərici kəskin şəkildə aşağı düşüb və yalnız 10 faizlik artım qeydə alınıb.
Eyni zamanda, gecə yuxusundan sonra test edilən qrupda nəticələr xeyli yaxşılaşıb və ilkin göstəricilərlə müqayisədə 19 faiz artım müşahidə olunub. Oxşar nəticələr səhər təlim keçib növbəti gün sınaqdan keçirilən tələbələrdə də qeydə alınıb.
Tədqiqatın müəllifləri bildirirlər ki, yuxu öyrənmə prosesinə iki əsas istiqamətdə təsir göstərir: xatirələri möhkəmləndirir və eyni zamanda zəifləyən yaddaş izlərini bərpa edir.
Alimlərin fikrincə, bu nəticələr yuxunun yalnız passiv istirahət deyil, aktiv yaddaş emalı prosesi olduğunu göstərir. Tədqiqatçılar hesab edirlər ki, yuxu beynin lazımsız məlumatları zəiflədib, vacib bilikləri isə gücləndirməsinə imkan yaradır.

DİGƏR XƏBƏRLƏR

Top