ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq etməyi müzakirə edir – “Politico”


ABŞ administrasiyası Hörmüz boğazından neft tankerlərinin hərəkətini bərpa etmək, o cümlədən Amerika gəmilərinin mühafizəsi altında olan gəmilər üçün rüsum tətbiq etmək planlarını müzakirə edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico”qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Ağ Ev ABŞ və İran arasında davam edən danışıqlar fonunda gəmi sahiblərini və sığortaçıları Hörmüz boğazından təkrar istifadə etməyə inandıra biləcək variantları nəzərdən keçirir.
Müzakirə olunan təkliflərdən biri gəmilərə bir növ “VIP keçid” - əlavə ödəniş müqabilində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin müşayiəti ilə boğazdan sürətləndirilmiş keçid verilməsidir.
“Politico”nun məlumatına görə, hələlik məsələ ilə bağlı yekun qərar verilməyib.
“Kpler” analitik şirkətinin məlumatına görə, hazırda 220 neft tankeri də daxil olmaqla təxminən 500 gəmi Hörmüz boğazının girişində Fars körfəzində təhlükəsiz keçidi gözləyir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün yenidən açıldığını elan etmişdi. Buna baxmayaraq, bir çox gəmi sahibi regionda vəziyyətin daha da gərginləşməsindən ehtiyat edərək ehtiyatlı davranır.
Xatırladaq ki, böhrandan əvvəl qlobal neft tədarükünün təxminən 20%-i boğazdan keçirdi.

DİGƏR XƏBƏRLƏR

Top