ABŞ-İran razılaşması bu ölkələri də əhatə edəcək


ABŞ-İran münaqişəsinin həlli ilə bağlı razılaşma İsrail, Livan və Fars körfəzi dövlətlərini də əhatə edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti C.D. Vens amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində bildirib.
“Bu, regional sülh müqaviləsidir. Buraya Fars körfəzi, İsrail və Livan da daxil olacaq. Əsas məsələ budur ki, bu, əsl regional sülh müqaviləsidir”, - o qeyd edib.
Qeyd edək ki, iyunun 15-də ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında 60 günlük atəşkəs barədə razılaşmanı təsdiq ediblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top