Mbappe Fransa millisində ən çox qol vuran oyunçu oldu


Fransa millisinin hücumçusu Kilian Mbappe millidə vurulan qolların sayına görə Olivye Jirunu geridə qoyaraq rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, hücumçu Dünya Kubokunun qrup mərhələsinin ilk oyununda Seneqala (3-1) qarşı iki qol vurub.
Bununla da, onun Fransa millisində vurduğu qolların sayı 58-ə çatıb. Mbappe bu nəticəni 99 oyunda əldə edib. Əvvəlki rekordun sahibi Olivye Jiru isə 57 qol vurub və bu nəticəyə 137 oyunda nail olub.
Qeyd edək ki, 27 yaşlı Mbappe 2024-cü ildən bəri “Real Madrid”də oynayır. Ötən mövsüm hücumçu 44 oyunda 42 qol vurub və 7 məhsuldar ötürmə edib. Mbappe “Real”la İspaniya Super Kubokunu və Qitələrarası Kuboku qazanıb. Fransa millisi ilə isə o, 2018-ci ildə Rusiyada keçirilən Dünya Kubokunda qızıl, 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda isə gümüş medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top