
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Toyota Abşeron Center” MMC (VÖEN – 3101648411) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, FHN “Toyota Abşeron Center” MMC-dən dəyəri 288 min 500 manat olan 2 ədəd avtomobil alacaq.
Bildirilir ki, 2026-cı il istehsalı olan qara rəngli avtomobillərin biri “SUV Offroader”, digəri isə sedan tipli olacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Toyota Abşeron Center” MMC 10 yanvar 2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Fərid Ədalət oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz