Qazaxıstanda futbol hakimi oyunçunu təhqir etdiyinə görə həbs edildi


Qazaxıstanda məhkəmə ölkə Premyer Liqasının “Yelimay” və “Ordabası” komandaları arasında keçirilən oyunun baş hakimi Arman İsmuratovu beş günlük həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident Korrupsiyaya Qarşı Mübarizə Siyasətinə Yardım Mərkəzinin Abay regional şöbəsinin rəhbəri Serik Bayqaliyev məlumat yayıb.
Abay regional xəbər portalı “Abaiqparatkz”in məlumatına görə, İsmuratov 14 iyun tarixində Abay rayonunun inzibati mərkəzi olan Semeydə “Yelimay” və “Ordabası” komandaları arasında keçirilən oyun zamanı və sonra “Yelimay” oyunçularına və rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlətməklə ictimai asayişi pozmaqda ittiham olunub. Hakim daha sonra Astana hava limanında polis tərəfindən saxlanılıb.
Sports.kz saytının məlumatına görə, daha əvvəl həmin matçda məğlub olan “Yelimay” komandasının baş məşqçisi Andrey Karpoviç İsmuratovu ədəbsiz ifadələr işlətməkdə günahlandırmış və hakimin milli çempionatın qalan oyunlarında onun klubunu “vuracağına” söz verdiyini iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top