
Rusiya freqatı “Admiral Qriqoroviç” İngilis Kanalında təxminən 500 metr məsafəyə yaxınlaşan Britaniya bayrağı altında üzən mülki yaxtaya xəbərdarlıq atəşi açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə britaniyanın “Press Association” məlumat yayıb.
Bildirilib ki, hadisə günorta saatlarında Böyük Britaniyanın Uayt Adası ilə Normandiya sahilləri arasında baş verib.
Yaxtanın kimə məxsus olduğu və yaxınlaşma səbəbi məlum deyil. Hadisədə heç kim xəsarət almayıb. Böyük Britaniya Müdafiə Nazirliyi məlumatı “araşdırdığını” bildirib. Rusiya hadisə ilə bağlı heç bir şərh verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz