Gənclər Fondu bu il 377 min manat icarə haqqı ödəyəcək – Qiymət artırılıb


Gənclər Fondu “Facility Management Group” MMC (VÖEN – 1403645031) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, Gənclər Fondu 2026-cı ildə ofis icarəsi üçün “Facility Management Group” MMC-yə 377 min 448 manat 96 qəpik ödəyəcək.
Qeyd edək ki, bir il əvvəl də Gənclər Fondu “Facility Management Group” MMC ilə analoji müqavilə imzalayıb. Bir il əvvəl imzalanan icarə müqaviləsinin dəyəri 335 min 256 manat olub.
Məlumat üçün bildirək ki, “Facility Management Group” MMC daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətlərdən biridir. Nizanamə kapitalı 2 milyon 534 min 147 manat olan MMC-nin hüquqi ünvanı Neftçilər prospekti ev 153-də yerləşir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top