“SpaceX” səhmlərinin satışından rekord məbləğ əldə etdi


İlon Maskın “SpaceX” şirkəti ilkin kütləvi təklif (IPO) çərçivəsində ümumilikdə 85,7 milyard dollar cəlb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Artım təşkilatçıların əlavə səhm emissiyası (“greenshoe” opsionu) vasitəsilə baş verib.
Şirkət əvvəlcə səhmləri 135 dollardan təklif etməklə 75 milyard dollar cəlb etməyi planlaşdırırdı. Lakin yüksək tələb əlavə 83,3 milyon səhm satmağa imkan verib. Bu isə sövdələşmənin məbləğinin təxminən 11 milyard dollar artmasına səbəb olub.
Şirkətin IPO-su dünya tarixində ən böyük ilkin kütləvi təklif olub.

DİGƏR XƏBƏRLƏR

Top