
Ötən ay Azərbaycandan Ermənistana 1 milyon 626,5 min dollar dəyərində məhsul ixrac olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlindən ötən 5 ay ərzində isə Azərbaycandan Ermənistana 11 milyon 272,65 min dollar dəyərində məhsul ixrac olunub.
Ermənistandan Azərbaycana isə 5 ay ərzində 960 min dollarlıq məhsul gətirilib.
Qeyd edək ki, Azərbaycan Ermənistana ötən ilin dekabr ayından etibarən məhsul ixrac etməyə başlayıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz