
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ABŞ Prezidenti Donald Trampın Dünya kubokunu qalib komandanın kapitanına təqdim etməsinə və kuboku qaldırarkən kürsüdə olmasına etiraz etməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TalkSport” portalı məlumat yayıb.
Belə ki, FIFA protokoluna görə, mükafatlandırma mərasimi zamanı kubok platformada qalır, komanda kapitanı onu götürür və digər oyunçularla birlikdə kürsüyə aparır. Lakin portalın məlumatına görə, FIFA Trampın protokolu pozmasına qarşı olmayıb.
Mərasimə Meksika və Kanadadan da rəsmi nümayəndələr dəvət olunacaq.
Portal bildirir ki, FIFA Trampın mərasim zamanı komanda ilə, yoxsa liderlərlə qalmaq istəyib-istəmədiyinə qərar verməsinə icazə verəcək.
Ağ Ev mənbələri inanır ki, Tramp bir il əvvəl ABŞ-də keçirilən Klublararası Dünya Kubokunda “Çelsi”yə mükafat verərkən etdiyi kimi, qələbəni yenidən çempion komanda ilə qeyd etməyi seçəcək.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kuboku 19 iyulda başa çatacaq. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edir. Onlar 12 qrupda mübarizə aparırlar. Hər qrupdan ilk iki yeri tutan komanda və üçüncü yeri tutan səkkiz ən yaxşı komanda 1/32 finala vəsiqə qazanacaq.
Tətbiqimizi yükləyə bilərsiniz