
Bu ilin ilk rübü ərzində Azərbaycan iqtisadiyyatına 1 milyard 720,1 milyon dollar birbaşa xarici investisiya cəlb olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% və ya 201,2 milyon dollar artıb. Belə ki, 2025-ci ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına 1 milyard 518,9 milyon dollar birbaşa xarici investisiya yatırılıb.
Qeyd edək ki, Azərbaycana ən çox investisiya yatıran ölkə Böyük Britaniya olub. Belə ki, ötən ilin ilk rübündə bu ölkədən Azərbaycana 405,7 milyon dollar sərmayə daxil olduğu halda, bu ilin eyni dövründə həmin göstərici 19,5% artaraq 484,7 milyon dollara yüksəlib. Nəticədə Böyük Britaniyanın Azərbaycanın cəlb etdiyi birbaşa xarici investisiyalardakı payı 28,2% təşkil edib.
Türkiyədən Azərbaycana yatırılan investisiyalarda da artım qeydə alınıb. Belə ki, ötən ilin ilk rübündə Türkiyədən 300,9 milyon dollar investisiya daxil olduğu halda, bu ilin eyni dövründə həmin göstərici 9,5% artaraq 329,6 milyon dollara çatıb. Bununla da Türkiyənin ümumi investisiyalardakı payı 19,2% olub.
Diqqət çəkən artımlardan biri də Rusiya investisiyaları ilə bağlı olub. Belə ki, ötən ilin ilk rübündə Rusiyadan Azərbaycana 64,3 milyon dollar sərmayə yatırıldığı halda, bu ilin eyni dövründə bu göstərici 66,5% artaraq 107,1 milyon dollara yüksəlib. İranın investisiyaları isə 90,1 milyon dollardan 106,4 milyon dollara çatıb.
Eyni zamanda, Kiprdən daxil olan investisiyalar 181 milyon dollardan 216,6 milyon dollara yüksəlib. Macarıstanın yatırımları da 80,3 milyon dollardan 101,4 milyon dollara artıb.
Əvəzində bəzi ölkələr üzrə azalma müşahidə olunub. Belə ki, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana yatırılan investisiyalar 110,3 milyon dollardan 84 milyon dollara düşüb. Niderlanddan daxil olan investisiyalar isə 22,3 milyon dollardan 9,9 milyon dollara enib. İsveçdən yatırımlar 18,7 milyon dollardan 4,4 milyon dollara, Gürcüstandan isə 10,2 milyon dollardan 9 milyon dollara düşüb.
Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrin siyahısı aşağıdakı kimi olub:
Böyük Britaniya – 28,2% (484,7 milyon dollar);
Türkiyə – 19,2% (329,6 milyon dollar);
Kipr – 12,6% (216,6 milyon dollar);
Rusiya – 6,2% (107,1 milyon dollar);
İran – 6,2% (106,4 milyon dollar);
Macarıstan – 5,9% (101,4 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 4,9% (84,0 milyon dollar);
Yaponiya – 3,8% (65,4 milyon dollar);
ABŞ – 3,4% (59,1 milyon dollar);
Fransa – 1,8% (30,6 milyon dollar);
Qazaxıstan – 1,1% (18,3 milyon dollar);
Çin – 0,9% (16,1 milyon dollar);
Hindistan – 0,9% (14,7 milyon dollar);
İsveçrə – 0,8% (13,3 milyon dollar);
Niderland – 0,6% (9,9 milyon dollar);
Gürcüstan – 0,5% (9,0 milyon dollar);
Avstriya – 0,5% (8,3 milyon dollar);
Almaniya – 0,5% (8,1 milyon dollar);
İsveç – 0,3% (4,4 milyon dollar);
Belarus – 0,2% (3,7 milyon dollar);
Lüksemburq – 0,2% (2,8 milyon dollar);
İrlandiya – 0,2% (2,7 milyon dollar);
Polşa – 0,1% (2,4 milyon dollar);
Honkonq – 0,1% (2,3 milyon dollar);
Asiya İnkişaf Bankı – 0,1% (2,1 milyon dollar);
Bolqarıstan – 0,1% (1,8 milyon dollar);
Beynəlxalq Maliyyə Korporasiyası – 0,1% (1,7 milyon dollar);
İsrail – 0,1% (1,2 milyon dollar);
Türkmənistan – 0,1% (1,0 milyon dollar);
Digər dövlətlər – 0,7% (11,5 milyon dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz