İnfantinodan qeyri-adi xahiş – İran millisində oynamaq istəyir…


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino 2026-cı il Dünya Kubokunda iştirak edən İran milli komandasına qeyri-adi bir xahişlə müraciət edib.
Yeniavaz.com
“RMC Sport” telekanalına istinadla xəbər verir ki, İnfantino bu barədə Dünya Kubokunun qrup mərhələsinin birinci turunda Yeni Zelandiya ilə oyundan sonra İran futbolçularının soyunma otağına baş çəkərkən bildirib.
“Nələrdən keçdiyinizi bilirəm. Amma həm də bilirəm ki, siz bundan daha güclüsünüz. Bu gün komandanızı dəstəkləmək üçün bütün stadionu birləşdirdiniz və dünyaya güclü bir mesaj göndərdiniz. Çox sağ olun. Əgər məşqçiniz etiraz etməsə, növbəti oyunda sizinlə hücumçu kimi oynaya bilərəm”, - deyə o qeyd edib.
İran və Yeni Zelandiya arasında oyun 2-2 hesabı ilə başa çatıb. Komandanın növbəti oyunlarını Belçika və Misirlə keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, İran milli komandasının bütün oyunları ABŞ-də keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top