
Dünyda Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin ən yüksək olduğu ölkə Ruanda hesab olunur.
Yeniavaz.com “Trading economics”ə istinadən xəbər verir ki, bu ilin ilk 5 ayında Ruandada EDM artımı 20 faiz olub.
ÜDM artımına görə sonrakı pillələrdə Kabo-Verde (10,1 faiz), Bəhreyn (7,8 faiz), Maldiv adaları (6,9 faiz), Namibiya (6,4 faiz), Uqanda (4 faiz), İslandiya (3,7 faiz), Seneqal (3,1 faiz), Ekvador (3 faiz) və Honq Konq (2,9 faiz) qərarlaşıb.
ÜDM artımının ən yüksək olduğu 10 ölkə aşağıdakı kimi olub:
Ruanda – 20 faiz
Kabo-Verde – 10,1 faiz
Bəhreyn – 7,8 faiz
Maldiv adaları – 6,9 faiz
Namibiya – 6,4 faiz
Uqanda – 4 faiz
İslandiya – 3,7 faiz
Seneqal – 3,1 faiz
Ekvador – 3 faiz
Honq Konq – 2,9 faiz
Bununla yanaşı, bəzi ölkələrdə iqtisadi artımın mənfi zonaya keçdiyi müşahidə olunub. Ən aşağı göstərici Nigeriyada qeydə alınıb – ölkədə ÜDM 19,87 faiz azalıb. Siyahıda İrlandiya (-12,1 faiz), Botsvana (-11,4 faiz), Yamayka (-7,3 faiz), Əlcəzair (-6,1 faiz), Boliviya (-5,88 faiz), Səudiyyə Ərəbistanı (-1,5 faiz), Moldova (-1,2 faiz), İsrail (-0,8 faiz) və İndoneziya (-0,77 faiz) da yer alıb.
ÜDM-də ən çox azalmanın qeydə alındığı 10 ölkə aşağıdakı kimi olub:
Nigeriya – mənfi 19,87 faiz
İrlandiya – mənfi 12,1 faiz
Botsvana – mənfi 11,4 faiz
Yamayka – mənfi 7,3 faiz
Əlcəzair – mənfi 6,1 faiz
Boliviya – mənfi 5,88 faiz
Səudiyyə Ərəbistanı – mənfi 1,5 faiz
Moldova – mənfi 1,2 faiz
İsrail – mənfi 0,8 faiz
İndoneziya – mənfi 0,77 faiz
Onu da bildirək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783,8 milyon manatlıq ÜDM istehsal olunub. ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1% azalıb, qeyri neft-qaz sektorunda isə 0,4% artıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz