
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana 542,3 milyon dollar dəyərində 26 min 805 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan avtomobillərin bir ədədinin orta gömrük dəyəri 20 min 230 dollar (34 min 391 manat) olub.
Qeyd edək ki, idxal olunan avtomobillərin 8 min 780 ədədi və ya 33%-ni hibrid avtomobillər təşkil edib. Yanvar-may aylarında idxal edilən bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 22 min 32 dollar (37 min 454 manat) təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrünə nisbətən hibrid avtomobillərin idxalı 2,1 dəfə azalıb. Belə ki, ötən ilin ilk 5 ayında ölkəyə 18 min 426 ədəd hibrid avtomobil gətirilib. Ötən il idxal edilən bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 20 min 477 dollar (34 min 811 manat) təşkil edib. Nəticədə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 5 ayında idxal edilən hibrid avtomobilin orta gömrük dəyəri 7,6% artıb.
Xatırladaq ki, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib. Lakin, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid avtomobillərə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz