
Böyük Britaniya hakimiyyəti Rusiyaya qarşı sanksiyalar siyahısını 43 maddə genişləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, ümumilikdə 32 hüquqi və 11 fiziki şəxsə məhdudiyyətlər qoyulub.
Xüsusilə, “Yandex Bank”, DB Bank və “Rosqosstrax” sanksiyalara məruz qalıb.
Sanksiyalar siyahısına Rusiya ilə əlaqəli olduğu iddia edilən 27 gəmi və 3 tanker daxil olub. Beləliklə, ümumilikdə, Britaniya sanksiyaları altında olan gəmilərin və tankerlərin sayı 600-ü keçib.
Sanksiyaların tətbiqinin əsasının Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən bir sektorda, yəni Rusiya maliyyə xidmətləri sektorunda fəaliyyət göstərməklə ona kömək etmək olduğu bildirilir.
Sanksiya siyahısındakı hüquqi şəxslərin bütün potensial Böyük Britaniya hesabları dondurulacaq və fiziki şəxslərin Böyük Britaniyaya girişi qadağan olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz