Gürcüstan və Ukraynanın AB və NATO-ya üzv qəbul edilməsi planlaşdırılmayıb

Fransanın keçmiş baş naziri, prezidentliyə namizəd Fransua Fiyon "Le Monde" qəzetinə verdiyi müsahibəsində Gürcüstan və Ukraynanın Avropa Biriliyinə (AB) və NATO-ya üzvlüyünün planlaşdırılmadığını iddia edib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Fiyon Ukrayna və Gürcüstanın AB və NATO-ya üzvlüyü ilə bağlı bəzi siyasətçilərin verdikləri açıqlamaları məsuliyyətsizlik adlandırıb. Fiyon: "Etiraf etmək lazımdır ki, Ukrayna və Gürcüstanın AB və NATO-ya üzv qəbul edilməsi nəzərdə tutulamyıb",-deyib. Onun sözlərinə görə, Rusiyaya münasibətdə çoxlu səhvlər buraxılıb. Fiyon belə hesab edir ki, Rusiyanın sərhədləri yaxınlığında hava hücumundan müdafiə sistemləri yerləşdirməkdənsə, adı çəkilən ölkəyə qarşı reallığı nəzərə alan qərarlar qəbul edilməsi üçün cəhdlərə baş vurmaq daha məqsədəuyğun olar.

DİGƏR XƏBƏRLƏR

Top