
Ukrayna dronlar vasitəsilə Moskva Neftayırma Zavoduna zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, hadisə anını əks etdirən kadrlar sosial mediada yayılıb.
Bildirilir ki, “Qazpromneft”ə məxsus bu müəssisə Moskvanın benzinə olan tələbatının 40, dizelə olan tələbatının isə 50%-ni ödəyir.
Məlumata görə, Kopotnedəki bu neftayırma zavodundan Kremlə qədər məsafə cəmi 15 kilometrdir.
Hadisə anının kadrlarını təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz