
ABŞ-nin İrana pul ödəməyi planlaşdırdığı barədə məlumatlar yalandır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp iyunun 15-də “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“ABŞ-nin İrana 300 milyard dollar ödəyəcəyi barədə məlumat faktların qəsdən təhrif edilməsidir”, - ABŞ Prezidenti qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında Yaxın Şərqdə müharibəyə son qoymaq məqsədi daşıyan razılaşmanı təsdiqləyiblər. Rəsmi imzalanma mərasimi iyunun 19-da Cenevrədə keçiriləcək. İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, 60 günlük atəşkəs zamanı tərəflər digər məsələlərlə yanaşı, Tehranın nüvə proqramını da müzakirə edəcəklər. İyunun 15-dən etibarən ABŞ İranın dəniz blokadasına son qoyacaq, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatları dayandıracaq.
Tətbiqimizi yükləyə bilərsiniz