Macarıstan parlamenti baş nazirlərin səlahiyyət müddətinə məhdudiyyət qoydu


Macarıstan parlamenti baş nazirlər üçün iki dördillik müddət məhdudiyyəti nəzərdə tutan konstitusiya düzəlişini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.
Məlumata görə, parlamentdə qəbul edilən dəyişiklik baş nazirlərin eyni vəzifədə maksimum iki müddət fəaliyyət göstərməsini nəzərdə tutur. Bu qərar ölkənin keçmiş baş naziri Viktor Orban üçün yenidən hakimiyyətə qayıtma imkanlarını məhdudlaşdırır. Orban 2010-cu ildən etibarən ardıcıl dörd müddət olmaqla ümumilikdə beş dəfə baş nazir postunu tutub.
Qeyd olunur ki, konstitusiya düzəlişi apreldə keçirilən seçkilərdə qalib gələn Macarıstanın hazırkı baş naziri Peter Magyarın əsas seçki vədlərindən biri olub. Magyar hakimiyyətə gəlməzdən əvvəl ölkədə avtoritar meyllərin qarşısının alınmasının vacibliyini vurğulayıb, Macarıstanın yenidən Avropa İttifaqının siyasi xəttinə yaxınlaşdırılacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top