Robert De Niro Trampı ölkə üçün “təhlükə” adlandırıb


ABŞ Prezidenti Donald Tramp ötən bazar günü 80 illik yubileyini Ağ Evdə UFC döyüşçülərinin iştirakı ilə qeyd edərkən, məşhur Hollivud aktyoru Robert De Niro ona yönəlmiş sərt açıqlamaları ilə diqqət çəkib.
Yeniavaz.com
xəbər verir ki, aktyor, Ceyn Fondanın təşkil etdiyi tədbirdə çıxış edərək Trampı tənqid edib.
Tədbirdə emosional çıxış edən aktyor, ABŞ-də mövcud siyasi və sosial vəziyyətlə bağlı narahatlığını dilə gətirib. O, ölkədə artan siyasi parçalanma, müharibələr, səhiyyə siyasəti və insan hüquqları ilə bağlı sərt tənqidlər səsləndirib. De Niro bildirib ki, hazırkı siyasi kurs səbəbindən ölkəsinə münasibəti dəyişib və “Amerikasını geri qaytarmaq” istədiyini vurğulayıb.
Donald Trampın uzunmüddətli tənqidçilərindən biri kimi tanınan Robert De Niro, prezidentin ilk hakimiyyət dövründən etibarən ona qarşı açıq mövqe nümayiş etdirir. Aktyor bu ilin əvvəlində də ABŞ-dəkı siyasi “parçalanma” barədə danışarkən Trampı ölkə üçün “təhlükə” adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top