“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu − Yenilənib


 “Qarabağ” futbol klubunun Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, Ağdam klubunun rəqibi İslandiyanın “Vestri” klubu olub.

***10:31
UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkü bu gün atılacaq.
Yeniavaz.com
xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq. Tədbir zamanı Azərbaycan təmsilçisi “Qarabağ”ın ilk mərhələdə qarşılaşacağı rəqib də bəlli olacaq.
Ağdam klubunun mümkün rəqibləri arasında Slovakiyanın “Jilina”, Serbiyanın “Voyvodina”, Rumıniyanın Kluj şəhərini təmsil edən “Universitatya”, Sloveniyanın “Aluminiy”, İrlandiyanın “Derri Siti” və İslandiyanın “Vestri” komandaları var.
Püşkatma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xatırladaq ki, I təsnifat mərhələsinin ilk və cavab görüşləri iyulun 9-u və 16-sı tarixlərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top