
İran milli futbol komandası Dünya Kubokunun qrup mərhələsinin ilk oyununda Yeni Zelandiya ilə 2-2 heç-heçə edib.
Yeniavaz.com xəbər verir ki, oyun ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində baş tutub.
İran milli komandasından Ramin Rezaeyan (32-ci dəqiqə) və Məhəmməd Mohebi (64-cü dəqiqə) qol vurublar. Yeni Zelandiya komandasından isə Elayca Cast (7, 54) dub edib.
İran və Yeni Zelandiyanın hər birinin bir xalı var və onlar G qrupunda birinci və ikinci yerdədirlər. Bu qrupda daha əvvəl Belçika və Misir də 1-1 hesab ilə heç-heçə etmişdilər. 21 iyunda İran Belçika ilə, Yeni Zelandiya isə 22 iyun gecəsi Misirlə qarşılaşacaq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kuboku 19 iyulda başa çatacaq. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edir. Onlar 12 qrupda mebarizə aparırlar. Hər qrupdan ilk iki yeri tutan komanda və üçüncü yeri tutan səkkiz ən yaxşı komanda 1/32 finala vəsiqə qazanacaq.
Tətbiqimizi yükləyə bilərsiniz